Poem · Azərbaycan
Soyuq baxışların altına tutma,
Soyuq baxışların altına tutma,Odlu duyğularda çimən könlünü.Qoruya bilənə etibar elə,Acı küləklərdən,çəmən könlünü.
Sinəndə göynəyən xal kimi saxla,Dinsə vur başından lal kimi saxla,Əlində,bir pətək bal kimi saxla,Hər gülü-çiçəyi əmən könlünü.
Gəzib tapmıram ki,haram-hardadı,Toxunma,bilmirsən yaram hardadı,Eh mənim o qədər param hardadı,Alam o qiymətə Yəmən könlünü.
Dizimi bircə yol qatlasa bəsdi,Bələdim söz adlı atlasa,bəsdi...Düşüb bir balaca çatlasa,bəsdi,Nə sən düzəldərsən,nə mən könlünü.
Sevdim öz-özümü dağlamaq üçün,Yolları üzümə bağlamaq üçün,Başımı söykəyib ağlamaq üçün,İndi hardan alım həmən könlünü...
Published online
Source: https://ayazarabaci.com/writing/soyuq-baxislarin-altina-tutma/