Poem · Azərbaycan
Seyrək yerdə boşa çıxır,
Seyrək yerdə boşa çıxır, İmkan tapıb sıxa vuraq. Haq yolundan dönməzlər ki, Nıx" dediksə,nıx"a vuraq.
Kimə deyək sözümüzü, Silən yoxdu gözümüzü, Heç olmasa özümüzü, Vur"a vuraq-yıx"a vuraq.
Tanrı,nə var üstümə yaz, Bir ürək çox- bir ürək az.. Bundan bizə ömür olmaz, Gəl,bu ömrü çıxa vuraq.
Addım-addım,bacaq-bacaq, Qədirbilən dosta acaq.. Görək harda qırılacaq, Nala vuraq-mıxa vuraq..
Published online
Source: https://ayazarabaci.com/writing/seyrek-yerde-bosa-cixir/