All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sevinci qoyublar nökər yerinə,

Ayaz Arabaçı

Sevinci qoyublar nökər yerinə, Kədər xan olubdu,dərd ağa,burda. Qürbətə düşsəydim dözə bilərdim, Sinəm tab gətirmir hər dağa burda.

Bu toya bir yasin,bu vaya bir tuş... Gör necə oynadır havaya bir tuş.. Basdı qamarladı hər yeri bayquş, Bağban olammadım bir bağa burda.

Ha çevir,ha ələ,ha axtar,ha bax, Nə tüfəng,nə oğul,nə at,nə papaq.. Namusdan,qeyrətdən,vətəndən qabaq, Pul kimi baxırlar torpağa burda.

Hamıya var oldu bir bizə yoxdu, Yoxdu-yox,heç yerdən yol düzə,yoxdu, Deyirdim həyatda möcüzə yoxdu, Gəldi ceyran oldu qurbağa burda..

Gözüm quruyanda içim nəmişlər... Rədd olub qurtarmır qoca qəmişlər.. Elə düşübdü ki,düyünə işlər, Heç nə hasil olmur ehh qağa,burda..

Published online