All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sənə görə gözlərimi qan örtüb,

Ayaz Arabaçı

Bu da mənim olmayan sevgilimə...

Sənə görə gözlərimi qan örtüb, Ən dəlidən ən dəliyəm, ən, demək.. İndi mənə bu dünyanın çəkisi, Bir göyərçin dimdiyində dən demək..

Təzələnib ürəyimdə naxışlar, Günəş kimi ərköyündü baxışlar, Ara verib gözündəki yağışlar, Çəkilibdi duman demək, çən,demək.

Dilim səndən bal götürür, yağ alır, Arzularım sənə doğru tağ alır, Yaralarım təkcə səndə sağalır, Yaşayırıq biz bu ömrü tən, demək..

İçi-çölü, daşı-himi yox imiş, Heç yox imiş, sənə kimi yox imiş, Vəsaiti, müəllimi yox imiş, Eh, bu imiş sevgi adlı fənn, demək.

Canım qalıb sən şüşədə div kimi, Çox istisən yuva kimi, ev kimi, Sənə qədər ən bahalı sevgimi, Ürəyimdə saxlamışam mən demək..

Yesəm doymam, dilin kimi badam var, Nə ağrım var, nə acım, nə qadam var.. Bu dünyada 7 milyard adam var, Məndən ötrü bütün dünya sən demək..

Published online