Poem · Azərbaycan
Sənə məktub yazmaq istəyirəm,
Sənə məktub yazmaq istəyirəm, adi bir ağ kağızda.. Çox-çox illər sonra da, gəzsin dildə-ağızda.. Sənə məktub yazmaq istəyirəm, göyərçinlər ləngitməyən, poçtalyonlar ləngitməyən. Sənə məktub yazmaq istəyirəm heç bitməyən.. Küləyə də verə bilərəm alar qanadlarına,gətirər evinə.. Açarsan sevinə-sevinə. Baxarsan ki,hər sətir oxdu... Sənə məktub yazmaq istəyirəm, Amma söz ehtiyatım yoxdu. Üç saatdı oturmuşam Salamdan başqa heç nə gəlmir ağlıma. Nə bilim ey.. Bircə sən ağrıma.. Sənin soyuqluğuna rəğmən isti keçdi fevral.. Tez ölmə,yadımda çox qal. Bir-iki günə badamlar çiçəkləyəcək. Sonra adamlar çiçəkləyəcək..
Published online
Source: https://ayazarabaci.com/writing/sene-mektub-yazmaq-isteyirem/