All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sən ya mənim yuxumdasan,

Ayaz Arabaçı

Sən ya mənim yuxumdasan, Ya xəyallar şəhərində.. İndi hər şey cavabsızdı, Bu suallar şəhərində.

Köhnə yoluq-köhnə izik, Gedən bizik,gələn bizik. Niyə elə ikimizik, Qeylü-qallar şəhərində..

Anlaşmayaq,anışmayaq, Yol azdırır tanış mayak.. Gəl bir müddət danışmayaq, Gəzək lallar şəhərində.

Baxma belə maddım-maddım, Yol qısalıb addım-addım, Acı yedim,acı daddım, Yağlar-ballar şəhərində.

Kimə-nəyə ibadət var. Nə qayda var, nə adət var.. Sən gəzdiyin səadət var, Ehtimallar şəhərində.

Published online