Şeir · Azərbaycan
Sən ya mənim yuxumdasan,
Sən ya mənim yuxumdasan, Ya xəyallar şəhərində.. İndi hər şey cavabsızdı, Bu suallar şəhərində.
Köhnə yoluq-köhnə izik, Gedən bizik,gələn bizik. Niyə elə ikimizik, Qeylü-qallar şəhərində..
Anlaşmayaq,anışmayaq, Yol azdırır tanış mayak.. Gəl bir müddət danışmayaq, Gəzək lallar şəhərində.
Baxma belə maddım-maddım, Yol qısalıb addım-addım, Acı yedim,acı daddım, Yağlar-ballar şəhərində.
Kimə-nəyə ibadət var. Nə qayda var, nə adət var.. Sən gəzdiyin səadət var, Ehtimallar şəhərində.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sen-ya-menim-yuxumdasan/