All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sən unut o gecəni,

Ayaz Arabaçı

Sən unut o gecəni, ya da ki,heç unutma. Bir ucuz xatirədi,elə də baha tutma. Küləyə ver,sürüyüb didik-didik eləsin. Nə səndə yuva qursun,nə məndə cik eləsin. Yaz,tulla bir quyuya ürəyindən keçəni. Rahat bir ömür üçün sən unut o gecəni. Nəsə bir təsəlli bul,kəssin bu hicrin neyi. Elə, unutmaq üçün,mümkün olan hər şeyi. Bəlkə də unutmusan,bəlkə yadında yoxdu.. Demişdim eyy, bu gözlər başqa qadında yoxdu. Sən o sözü də unut,sən o səsi də unut. O əli,o sığalı,o nəfəsi də unut.. Unut o küçəni də,unut o şəhəri də.. Birgə oyandığımız o ilıq səhəri də. O eşqin girovundan çıxart məni zaminə.. Sənə vəd vermədiyim xoşbəxtliyin naminə. Mən bu yer üzərində yaxşısıyam pislərin, Çalış ki,məhv olmasın mənə görə hisslərin. Ya nə bilim bəlkə də unutma,heç unutma. Amma nolur adımı uca məqamda tutma.. Çətindi o duyğudan,o hissdən aralanmaq.. Nəvazişin,sevginin, Məhəbbətin qurduğu məclisdən aralanmaq...

Published online