All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Şəklini yanmağın,elə çəkirəm,

Ayaz Arabaçı

Şəklini yanmağın,elə çəkirəm, Heç onu,zülmətdə,şəm çəkə bilmir. Sevəndə hər şeyi bütöv sevmişəm, Könlüm həsrəti də kəm çəkə bilmir.

Ayaqlar ağılsız baş haqda,bilir.. Yolum nə qar bilir,nə şaxta bilir.. Hətta qundaqdakı uşaq da bilir, Zilin çəkdiyini bəm çəkə bilmir..

Dünyanı dərd alıb,ələm götürüb, Göylər göz yaşından sələm götürüb, Çoxları əlinə qələm götürüb, Hər adam mənimtək qəm çəkə bilmir..

Yığıb-yağmalayıb onsuz da hər tip, Nəyimə gərəkdi o xalta təltif.. Namərdlər boyumu kəsib gödəldib, Başım buludlardan nəm çəkə bilmir..

Fərdi yaşamadım bu ömrü fərdi, Qatla barmağını,neçə nəfərdi... Təkcə bir şerimin çəkdiyi dərdi, Adamlar yığışıb cəm çəkə bilmir..

Published online