Poem · Azərbaycan
Sel dağıdır bəndi, bax,
Sel dağıdır bəndi, bax, Koxa çapır kəndi, bax, Hər şeyimiz təndi, bax, Sən də həmin gündəsən, Mən də həmin gündəyəm.
Hər yanımız vayxana, İş yerimiz çayxana, Borcumuz var Ayxana, Sən də həmin gündəsən, Mən də həmin gündəyəm.
Ağ günlərdən xəbər yox, Aramızda çəpər yox, Canımızda təpər yox, Sən də həmin gündəsən, Mən də həmin gündəyəm.
Hörmətimiz bambılı, Töhmətimiz bambılı, Söhbətimiz bambılı, Sən də həmin gündəsən, Mən də həmin gündəyəm.
Kimdi bizə aşina, Sağ əlimiz başına, Bir qurd çıxsa qarşına, Sən də həmin gündəsən Mən də həmin gündəyəm.
Published online
Source: https://ayazarabaci.com/writing/sel-dagidir-bendi-bax/