All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

şəklinə baxıram

Ayaz Arabaçı

şəklinə baxıram məni əsir etmək üçün bir vaxtlar dəridən-qabıqdan çıxan gözlərin indi köhnə qəzetlər kimi maraqsızdı. Əllərim gedəndən saçların daraqsızdı. hesabından nə vaxtsa silinəcək bir şeylərin olması ağlından keçdimi heç. Demişdim ya mən, ya da.. özün seç.. Bu şəhər evlərdən,küçələrdən yox qarışıq xatirələrdən ibarətdir. Hava bürosu buludları möhkəmcə əzişdirir, hava bürosundan çox, dava bürosumu desəm.. yağışlı havaların başlamasına az qalıb. çətirləri əzablı günlər gözləyir.. şəklinə baxıram, xatirələrin tələsinə düşürəm. gülüşünün yan-yörəsində dolaşıram.. mənə heç nə demə yuxusuz gecələrin barəsində. İşləmirəm yuxu idarəsində.. ağrıların hücumu səngiyib, yaralar bitişmək üzrədi.. göz yaşların bəs elədi, başqa sularda üzmədim. Şəklinə baxıram ya şəklin dəyişib, Ya mənim baxışlarım kəc-buruq.. Sən də xatirələrə qənaət elə, yaşamağa məcburuq..

Published online