Poem · Azərbaycan
Sayını itirdim,bilmirəm bu heç,
Sayını itirdim,bilmirəm bu heç,Neçənci məktubdu yazıram sənə.Məqamdı fürsəti yubatma,vur keç,Canımı verməyə hazıram sənə.
Bilirsən nə üçün,bilirsən niyə..Hər zaman ölümlə dayan tet-a-tet.Heç kimə bənd olma,get irəliyə,Əmrini Kəpəzdən,Murovdan al get.
Qırılma kiminsə günahı üçün,Yürü ürəyindən qopan səsədək.Bu ulu diyarın sabahı üçün,Vuruşmaq gərəkdi son nəfəsədək.
Boş yerə bizimtək xəyala dalma.Cibindən tank çıxsın,qumbara çıxsın.Nə nağıl lazımdı,sənə nə alma,Qoyma bu vətəni qumara çıxsın.
Başının üstündən quş da səkməsin.Kəsib barmağını yarana duz bas..Şəhid məzarları fikir çəkməsin,Qisas almalısan axı sən,qisas.
Sökülür hər səhər gözlərimdə dan..Gəlsin xoş xəbərlər qapımı çalsın.Sinəndən aldığın yarana qurban,Öpüm bir dəyqəyə yaran sağalsın..
Dağıt o qalanı,al o səngəri,Vətən sevgisini mərmiyə döndər..Göz aça bilməsin düşmən əsgəri,Hamsını torpağın altına göndər.
Oğulum,ərənim,igidim,bəyim,Qabaqda qələbə müjdəsi durur..Evdə oturmuşam ancaq ürəyim,Bu saat ən qızğın döyüşdə vurur.
Çevrilib nə qədər boylanaq dünə,Bahar könlümüzdə niyə qış olsun,Xəbər gözləyirəm on-onbeş günə,Düşmənin tifaqı dağılmış olsun!!
Published online
Source: https://ayazarabaci.com/writing/sayini-itirdim-bilmirem-bu-hec/