Poem · Azərbaycan
Sazlanıram arada xəlvət bir iş tutmağa,
Sazlanıram arada xəlvət bir iş tutmağa, Amma ki, qəlbimdəki "tək" im icazə vermir. Qəlbimə aid bütün yelrləri zəbt eləyib, Başqa bir çiçəyi də əkim, icazə vermir.
Ona görə qoymuşam əlimi daşın altda, Düzdü bir az nəfəsim təngiyir yaşın altda, Bilir ki, çıxan kimi qalacam maşın altda, Azca sola çıxmağa "səkim" icazə vermir.
Telefonda şəklinə hərdən nəzər salınca, Şirin-şirin gərnəşib söykənirəm balınca, Ömrə - yaşa baxmayıb, qaçardım ey dalınca, Bir az kilo almışam, çəkim icazə vermir.
İki kəlmə sözü də alıram ölə-ölə, Gəl deyirəm, deyir ki, evdən qoymurlar çölə, Anan indi işdədir, atan gedib Göy-gölə, Yaxşı, onda ay zalım, bə kim icazə vermir..
Əvvəl heç olmamışdı belə naümid qalım, Arım-balım deyirəm, zəhərə dönür balım, Mən gərək lazım olan acını ondan alım. Hələ ki, siqaretə həkim icazə vemir.
Published online
Source: https://ayazarabaci.com/writing/sazlaniram-arada-xelvet-bir-is-tutmaga/