All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Satan puldan basıb qalır kənarda,

Ayaz Arabaçı

Satan puldan basıb qalır kənarda, Alana dirənir bu yolun sonu. Gedəni tapmırsan dara çəkəsən, Qalana dirənir bu yolun sonu.

Neyləyək alçağın bəxti yeyinsə, Bir çarə bulacaq hansı beyinsə... Qurandan,İncildən don da geyinsə, Yalana dirənir bu yolun sonu.

Özünü az dilə,az da dişə sal, Gözəl əməllərə kök at,rişə sal, Ay eşşək,qafanı bir yol işə sal, Palana dirənir bu yolun sonu.

Qəlbin ki,qaradı-nə rəngdə olsan.. Heçsən öz gözündə fələk də olsan, Tutub minəcəklər pələng də olsan.. Dalana dirənir bu yolun sonu.

Nəyinə gərəkdi şərəfsiz ömür, Səni diri-diri məzara gömür,. Gözün o qədərmi kordu ki,görmür, Balana dirənir bu yolun sonu..

Published online