All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Saxlamışam o vaxtdan,

Ayaz Arabaçı

Saxlamışam o vaxtdan, Həmin yerdə şəklini.. Niyə çox öpdürürsən, Belə,dərdə şəklini..

Çırağında azmışam, Dan üzüdü,yazmışam! Pəncərəmdən asmışam, Pərdə-pərdə şəklini..

Doymadım ki,seyrdə, Demə şair deyir də.. Yaşatdım hər şeirdə, Hər əzbərdə şəklini..

Olsun hər kim,olacaq, Bu son ərkim olacaq, Sabah sərgim olacaq, Gəl də,gör də,şəklini.

Nə vaxt əlimdə tutdum. Yandım,alışdım,tütdüm, Divar boyu böyütdüm, Üçün-dördə şəklini..

Published online