Poem · Azərbaycan
Salam şanlı əsgərim,
Salam şanlı əsgərim, Düşmənə diz çökdürən, Dəliqanlı əsgərim. Sənin zəfərlərindən İlhamım qanadlanıb. Suyum, havam çörəyim, Ömrüm-günüm dadlanıb. Qırılıb Ağdərədə, Xorenlərin qıçları. Açılıbdı Şuşanın Alnının qırışları. Mənim şanlı əsgərim, Mənim körpə aslanım.. Hardan baxsam, önümdə, Qəhrəmanlıq dastanın. Gör neçə gün idi ki, Sarsılmışdım dərindən. Qəlbim para-paraydı, Şəhid xəbərlərindən. Vardı demək bu işdə, İlahinin rizası.. Qiyamətə qoymadın, Sağ ol ki, bu qisası. Hər qələbə xəbərin, Vətənə izzət verir. Cəsarətin-iradən , Adama ləzzət verir. Bağlamısan deyirlər, Bərəni də bəndi də. Yuyunub təmizlənib, Çirkabdan Xankəndi də. Adın hər bir dildədir, Adın hər bir dodaqda. Vətən boyda olmuşam, Balaca bir otaqda. Salam şanlı əsgərim, Düşmənə diz çökdürən, Dəliqanlı əsgərim.. Yağının əllərindən Büsbütün imkan çıxıb.. Bilirsənmi qəlbimdən, Nə boyda tikan çıxıb...
Published online
Source: https://ayazarabaci.com/writing/salam-sanli-esgerim/