All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Salamlayıram səni qos-qoca Qırğızıstan.

Ayaz Arabaçı

Salamlayıram səni qos-qoca Qırğızıstan.Tarixlərə sığmayan cəsarət dolu dastan.Uzun qanlı bir tarix çoxdan qalıb geridə.Sağalıbdı vurulan yaraların yeri də.Yeri gəlib məqamdı, gəlib,deyim,yaraşmır..Sənə hüznlü görkəm, qara geyim yaraşmır.Qalaların ölkəsi, qəsrlərin ölkəsi,Atları şahə qalxan əsrlərin ölkəsi.Bəsləməsin qoy ümid, bir də heç nəyə nadan.Nə Qaraxan köçübdü, nə Oğuzxan dünyadan.Tanrı nura boyamış taleyini baxtını,Kimsə zəbt edə bilməz sənin qızıl taxtını.Dünyaya göz açdığım yer kimi müqəddəsim,Bayqurxandan bu günə tükənməyən nəfəsim.Bəbirxandan Tübeyə,Tübeydən Kögey xana.Gözlərimin önündə tarixin gəlir cana.Çəksəm mənzərəsini hansı qanlı savaşın,Ucalacaq o dəmdə göylərə məğrur başın.Dincliyim, rahatlığım, könül yastığım-hər yer.Qəlbimin paytaxtıdı qədəm basdığım hər yer.Yürüyürsən necə də şahanə bir qürurla.Nağıllar dünyasına bənzəyirsən bu nurla.Gəldim, qatım səsimi bu gün sənin səsinə,Bir neçə söz söyləyim,Noqay oğullarının əziz xatirəsinə.Vəsfini uca tutur qələm hörmət babında.Atını geri sürmək yox sənin kitabında.Odur o, dilləndirən sinəm altdakı tarı.Sənin arzularının şirin çırpıntıları..Mənəm bir nəfəri də bu şövq ilə dinənin..Manasda necə deyir-at kimindir-minənin.Keçdim dənizlər üstən,Keçdim ölkələr üstən,Keçdim qəzəblər üstən, keçdim öfkələr üstən..Xəyallar aləmindən real aləmə keçdim.Doğma ailəmə keçdim.Gördüm necə doğmadı qızıl qumlu sahillər..Döndü kinolentitək gözümdə uzaq illər..Bir zülmət gecə düşdü aramıza cəng kimi.Qulağıma Selvada gəzişən pələng kimi,Manasın ayağının addım səsləri gəldi.Düşmənlərin canına bir əcəl təri gəldi..Kişiliyi cilalı, cəsarəti cilalı..Manas kimdi?Qırğızın göy üzündə hilalı.Və bir də səmalarda şimşək ki, qəfil çaxan..Qızıl damarlarından təmiz türk qanı axan..Uşaqkən oxumuşdum o böyük dastanı mən.Manas olmaq keçmişdi bəzən də ürəyimdən.Bu gün o torpaqdayam, o mədəniyyətdəyəm.Bu torpağa, bu yurda bir ülvi niyyətdəyəm.Bir yanımda bərq vurur gümüş yallı İssıkul,Bir yanımda şairim-möhtəşəm Akbar Riskul.Bir könül gətirmişəm, bu yurda bahar dolu,Məni eşidirmisən Toktoqul Saltıkoğlu.Neçə uzaq diyarda adın düşüb dillərə,Nəğmələrin yürüyür ən fərəhli illərə.Eyni pərdədə dinir qəlbimizin telləri..Bu gün şah pərdədəsən sən ey qırğız elləri.Gözüm üstə qoyuram bu gün bu ehtişamı.Bu sevgidən od alır mənim könlümün şamı.Kəhraba bir zəmitək dalğalanıb dərindən,Öpürəm dönə-dönəQırğız analarımın,Qırğız atalarımın ecazkar əllərindən.Hopdurdum ürəyimə nöqtə-nöqtə bu yolu..Göyləri ulduz dolu, yerləri ulduz dolu..Odey, bir qız da keçir, ah necə də tanışdır..Yaddaşıma hopan qız..Bəli həmin Cəmilə..Çingiz Aytmatovun qəlbə fərəh gətirənqaragöz Cəmiləsi..Bu onun gülüşüdü, bu onun büllur səsi..Yoldan keçən kişi də tanış gəlir ay aman..Bu ki lap Tanabaydır..Bir baxın ey könlümə ,könül deyil, saraydır..Elə bu hisslərlə mən müqəddəs bir diyarı gəzirəm dolaşıram.Kakşaao Too-dan keçib Tyanşandan aşıram.Saçlarımı yalayır İssık-kulun yeli.Könlümdə coşub-daşan şirin bir duyğu seli..Qarışıb bir-birinə, gələcəyim keçmişim,Tarixdən dərs götürmək, budur ən əsas işim.Ehtiramla keçirəm, burda nələr var, nələr,Bir-birindən müqəddəs nağıllar-əfsanələr.Saxlaya bilməz məni tarixin bir daşlığı.Tanrım özü qorusun bu bu qaynar qardaşlığı.Puçur-puçur tər tökür saçlarımda qar-qırov.Könül duyğularıma şərikdi Monoldorov.Yoldaşbek Monoldorov..Gəlib neçə fırtına, neçə tufanlara dov..Gah bir uca qübbədi ,gah da yeraltı təkan.O özü bir mübarək şanlı coğrafi məkan.Bir ay öncə zəngləşib görüşdük telefonda.Həm Teymurun ruhu var, həm də Çingizin onda!Könlümü dilləndirən min cürə ehtizazdır.İstəyirəm eləyəm bir dünya söhbət sizə,Amma vaxt mənfur, azdır..Qoruyaq bu sərvəti, bu dövləti , bu varı..Hər zaman üzə gülsün qırğızların baharı.Salamlayıram səni qos-qoca Qırğızıstan.Tarixlərə sığmayan cəsarət dolu dastan.

Published online