Poem · Azərbaycan
Sağa da yol gedir,sola da yol var,
Sağa da yol gedir,sola da yol var, Qalmışam ortada çaş adam kimi. Gözümü açmamış qırxı tulladı, Üstümə gəlmir ki,yaş,adam kimi.
Əlimdən illərin cilovu düşür, Kamanı,nizəsi,tilovu düşür, Saçıma payızın qırovu düşür, Neynim,ağarmır ki,baş,adam kimi.
Barmaq hesabıyla yüzə çıxmıram, Bir əyri yol tapıb düzə çıxmıram, Gör neçə müddətdi üzə çıxmıram, Sirri el-aləmə faş adam kimi.
Çiçəklər hamısı qu dili bilmir, Çoxları yansa da su dili bilmir, Heyif ki,adamlar bu dili bilmir, Danışır gözümdə yaş adam kimi.
Yarama məlhəm qoy o buz yerindən, Qoy öpüm tel düşmüş qopuz yerindən, Elə gözəlsən ki,qopub yerindən, Yüyürür dalınca daş adam kimi.
Apaydın görünür yollar,apaydın, Bir ağ at gələydi minib çapaydım, Təzədən üçgünlük ömür tapaydım, Sürəydim səninlə kaş,adam kimi..
Published online
Source: https://ayazarabaci.com/writing/saga-da-yol-gedir-sola-da-yol-var/