All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sağalmaz yarası acı günlərin,

Ayaz Arabaçı

Sağalmaz yarası acı günlərin,Sən mənim dərdimə ayrı əlac gəz.Həkim o verdiyin analginlərin,Biri də ağrımı azalda bilməz.Nəfəsdi,alıram-verirəm az-az,Durma bu qəfəsə boş yerə zamin.Sən mənə bir dənə "güclü"resept yaz,Olum birdəfəlik İlahi-amin..Başımı aldatma cavansan deyib,İsrarın əbəsdi,cəhdin əbəsdi.Hər axşam ömrümü-günümü yeyib,Çəkdiyim ağrılar özümə bəsdi.Yatdığım otağın pəncərəsindən,Ölüm əl eləyib neçə yol mənə.Kömək etməyəcək,bildim səsindən,Yazdığın validol,karvalol mənə..Gecdi,o mənasız təsəlli gecdi,Söyləmə bildiyin doğrunu yanlış.Bu ömrün sonuncu baharı keçdi,Gəlib dirənibdi qapıma qar-qış.Nə mənə şəfa var,nə sənə əhsən,Sağalmır diləknən könül çatları.Köhnə bir yara var,harama dəysən,Sınama üstümdə aparatları..Azalmaz könlümdən qüssə-qəm,qəhər,Qar tutub,buz tutub iliklərimi.Qəbirdən dururam sanki hər səhər,Yığıb-dəstələyib sümüklərimi.Bu pəhriz-bu məhriz nəyimə gərək,Sən o dərmanı da tam azalt,həkim.Elə şumlayıb ki,içimi fələk,Boşuna söhbətdi inam-zad,həkim.Bir yerə cəmlənib,dövlətim-varım,Duzlara,qumlara,daşlara dəymə.Qoy özüm-özümü yuyum qurtarım,Gözümdən süzülən yaşlara dəymə..Sağalmaz yarası acı günlərin,Sən mənim dərdimə ayrı əlac gəz,Həkim o verdiyin analginlərin,Biri də ağrımı azalda bilməz...

Published online