All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qucur isti-isti neçə nakəsi,

Ayaz Arabaçı

Qucur isti-isti neçə nakəsi,Qolları qırılıb yanına düşmür.Kəndə qayıtmağa qərar vermişəm,Qanım bu şəhərin qanına düşmür..

Mən burda zülməti qova bilmədim,Heç cürə pas tutmuş düşüncələrdən.Adam saflığını qorumaq üçün ,Bircə biləydiniz keçir nələrdən..

Baş alıb gedəcəm,düşünmürəm heç,Nəyisə qazanmaq,itirmək haqda.Bundan əlli kərə sədaqətlidir,İsti xatirələr köhnə tabaqda.

Gözümü yumantək yuxuma girir,Ağca bulağının buz navalçası.Sərilsin yoluma qopub yerindən,Yastı qayaların mamır xalçası.

Dəniz də,bulvar da sizinki olsun,Sizə buraxıram mən bu şəhəri.Gedim təzyiqimi nizama salsın,Kəkotu ətirli iyul səhəri.

Published online