All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qaşıdıqca qanayır,

Ayaz Arabaçı

Qaşıdıqca qanayır, Bu yaranı az qaşı.. Bilirsənmi kiməm mən, Ayrılıqlar əyyaşı..

Məndən heç nə gözləmə, Tamam ruhdan düşmüşəm. Gəmiyə minməmişdən, Qabaq, Nuhdan düşmüşəm..

Dişi bir canavartək, Dişlərinlə did, nə var.. Yox elə birdəfəlik, Keçmişə aid nə var..

Gülümsəmə heç zaman, Qızarmasın dan yeri. Bir vaxtlar ürəyiydi, Sinəmdəki qan yeri.

Uçmasın xəyalların Keçdiyim yola dən-dən.. Belə daha rahatdı, Adam olmadı məndən..

Gecəyarı hövüllən, Qapının ağzına çıx.. Görsən ki,gəlməmişəm- Qov məni açıq-açıq.

Beləyəm də neyləyim, Allah canımı alsın.. Sənə verdiyim görüş, O bir dünyaya qalsın ,.

Published online