Poem · Azərbaycan
Qatar getdi Araz boyu qayıtmaz..
Qatar getdi Araz boyu qayıtmaz.. Kimsə bizi yuxumuzdan ayıltmaz. Üfüqdə bir durna qaldı səfindən. Bizə də ver mürəbbənin kəfindən. Durun görək yırtılaq bu kəfəndən.. Yada uyub ayrı düşdük əfəndən. Dəvayi-dərd edər ehsan.. Bəsti,dur çıx səhər tezdən tarlaya.. Bəlkə günəş bəxtimizə parlaya.. Aya baxıram aya.. Qorxdular haq deməyə Döndülər insan dedilər.. Bizi itlər yedilər. Yenə o bağ olaydı.. Bankalara dolaydı. Qoy gülüm gəlsin ay nənə.. Şəngülüm gəlsin ay nənə. Qamu-bimarinə canan.. Dolmadan,kotletdən nə yersən.. Qızılgül,baği-bustanım nə dersən.. Cütçü sürür tarlada cüt şur ilə. As məni də Həllaci Mənsur ilə.. Nənəm sizə yağ yaxması verdi ki, Kim yatmış kim oyaq.. Cırtdan nə üçün oyaq, Bir dənə mandat üçün oyaq. Maskası yaşıl oğlan, Keçmə bizim küçədən polis dalaşır oğlan. Vaxtında gəlmişik bu dünyaya biz. Başımızda qıvrım-qıvrım fikirlər. Eşşək boyda yekə evlər tikirlər.. Amma heç kimin evi yox, Bir oğraşın yüz evi var , Burdan Təbriz görünür. On il sonraya baxdım,nə bir goruz görünür, nə bir qəbriz görünür. Dörd ay vardı ananın gözləri yol çəkirdi. Min ildi yuyammırıq,vicdanlarda nə kirdi.. Candan əziz insana, Bir vətəndi,bir ana. İçində ölməyə öy gərək mana. Füzuli rindü-şeydadır. Qadan alım telli saz. Ceyran qaçar,cüyür mələr. Allahın bizə nə vaxt rəhmi gələr. Qurban olum karantinə. Qonşu heykəl qoydurubdu itinə. Mənim qanadlarım olub bir zaman.. İçimdə inləyir qoca bir kaman. Özgəyə süzülən göz-qaşın ölsün. Qız məni sevməsən qardaşın ölsün.. Sinəm üstə 91-in tank şırımları. Mən dişimlə çeynəyərdim ildırımları. Yarım gəlib asta-asta, İlişib Ələtdə postda. Kür qırağının əcəb seyrangahı var.. Bu yastı balabanda neçə məzlumun ahı var. bülbül uçar bağ üstə. dağ çəkirsən dağ üstə. Qoy məni öldürsünlər ikra üstə,yağ üstə. Üç nöqtə iki vergüləm.. Soğan dedi mən də güləm. Oxu qoydum kamana.. Eşşəklər arpa yeyir at həsrətdi samana.. Qara qış gəlib çıxıb hər tərəf qara qardı. Hamının səsi batıb.. Sükutdan hamı kardı. Sevən ölsünmü cananım,nə dersən..
Published online
Source: https://ayazarabaci.com/writing/qatar-getdi-araz-boyu-qayitmaz/