All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Oxumuşdum dünyanın

Ayaz Arabaçı

Oxumuşdum dünyanın qəribə adamları haqqındaoxumuşdum zaman-zaman.Oxuduqcatitrəmişdi tel-tel, könlümdəki kaman.Axşam-axşam salıram yada.Patris Lumumba da vardı bu sırada,Salvador Alyende də vardı, Nelson Mandela da.Hər biri qalmışdı yadımda qeyri-adi insan kimi..Və bir də Xose Muxika-Xose Muxika, səssiz bir üsyan kimi.Yadımdan çıxıb ilin hansı fəslində,fəslin hansı ayında,14 il dəmir barmaqlıqların o tayında,başı qeylü-qalda..Dəmir barmaqlıqların o tayında, gözləri günəşə susamış halda..Bədənini həbs etmişdilər,amma ruhu azaddı.. Qəribə təzaddı.O azadlığa çıxanda,intiqamla yox, şəfqətlə gəldi.Adamlar uğrunda candan keçdilər,Əyləşdirdilər ən ali kürsüyə, prezident seçdilər.Dağlar kimi sərt idi, Bu da mühüm şərt idi.“Daha çox sahiblənmək yox,”“daha çox bölüşmək gərəkdi”deyirdi,"Əlinin qabarı"nı,"alnının təri"ni yeyirdi.Uşaqlara, xəstələrə,kimsəsizlərə verirdi maaşını.Bir qarısı vardı,bir daxması,bir köhnə maşını,bir də üçayaqlı bir iti..Təkcə bundan ibarət idi,ibrətamiz şəraiti..Adamın ömrü də xalqına ehsan idi, Çünki o, cəllad deyil, insan idi.Hər yaraya sarğı,hər boyuna sarılan qol idi.Xose Muxika lider deyil yol idi.Nə eyş-işrət düşkünüydü,nə nəşə,nə kef,Nə qızıl taxt, nə məxmər pərdə, nə saray,nə ev.Gündüz Günəş, gecələr Ay onun sarayı oldu,Elə yaşadı ki,bütün Uruqvay onun sarayı oldu. Ədalət qılıncıydı,sadəlik tacıydı.Xalqın sevgisi yeganə ehtiyacıydı.Deyirdi ki- “Azad olmaq üçün milyonlara yox,tək vicdana ehtiyac var!”Bu gün bu sözləri qulaqardına vurannə qədər şərəfdən yoxsul,mənlikdən ac var!O, dövrünü yaşamırdı, dövrü onu yaşayırdı.Bir dəfə qarşımda canlanan xəyalından sordum:-Sən hardan gəldin, Xose?Göydənmi,torpaqdanmı, yoxsa ana laylasından doğulanbir xalqın dualarındanmı düşdün bu dünyaya?Nə şana, nə şöhrət həvəsin var,nə vara-dövlətə.Təşrif buyurdun öyləsə hansı dəvətə?..Tozlu yolların oğlu..Səssiz danışardın,səsin ucadan gəlməzdi.amma bütün dünyaya çatardı.Sənin sükutuna dünyanın qulağı batardı..Çünki sən,yalanın at oynatdığı dövrdəhəqiqətin nəfəsi idin.14 il…14 il qaranlıq divarlar içindəvüqarını itirmədən yaşamaq nə deməkdir,bilirsənmi..Bilirdin.Bilə-bilə susurdun,amma içində həyatın romanını yazırdın,filmini çəkirdin.Şüurlarda azadlıq toxumu əkirdin.Divarlar çatlayırdıo düşüncənin istiliyindən.Çünki azadlıq –dəmir barmaqlıqların arxasında yox, vicdanındaydı..Saraylara köçmədin–torpaq qoxuyan bir daxmada yaşamağı seçdin.Çünki sənin üçün bir ölkəni sevməkonu yuxarıdan deyil, içindən görmək idi.Heç vaxt altında qalıb əzilmədin müqəddəs işinin.Yadımdan çıxmayan bir sözü də var sənin kimiməğrur kişinin.."Əgər çox şeyə sahibsənsə,onlar sənin üçün yaşamır, sən onlar üçün yaşayırsan."Bu dünyada çox az adamöz azadlığını belə qürurla daşıya bilər.Sənyoxluğun içində varlığın məğzini tapmışdın.Maşının köhnəydi – xatirələri təzə,ayaqqabıların tozlu idi –amma addımların şəffaf.Sən hər dəfə güləndəsanki bir xalq gülürdü.. Nəinki üz-gözündən,Üst-başından da nur tökülürdü.Tutulan görmədilər qaş-qabağınıgülümsəməyi unutmadınnə zindanda,nə də hakimiyyət kreslosunda."Ölkə odur ki,hər kəs üçün ev ola bilsin,hər körpə tox olsun və heç kimailəsinin önündə utanmasın..." belə demişdin..Xose Muxaka, bilirsənmi ki-Xose Muxaka təbəssümdən libas tikan dərzi idi,Bir despot deyildi,bir ideologiya deyildi,bir düşüncə tərzi idi.Sanki yer üzünə busözləri xatırlatmağa gəlmişdi:– "İnsan olmağı unutmayın."Siz eyXXI əsrin saraylarda azan,azğın içi boş liderləri,ey kresloya yapışan qaranlıqlar!O adam sizə dərsdir.Muxika bir tarix deyil,bir aynadır:özünüzə baxın – Və susun!Susun ona görə ki, ləyaqətli bir sükutMin-min həyasız bağırtıdan dəyərlidir.O,toplardan atəş açmadı, səssiz dayandı –ancaq dünyanı silkələdi.Kimin qüdrəti çatar bu epoxanıtarixin səhifələrindən silsin?..Muxika –bir düşüncənin təcəssümü idi:"Sadə yaşa –Kİ.. Başqaları da yaşaya bilsin"..

Published online