All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Otuz doqquz qızdırma var canımda,

Ayaz Arabaçı

Otuz doqquz qızdırma var canımda, Oda yaxır, pəri kimi cilvəsi.. Girmək üçün deşik gəzir yanımda, Qorxusundan termometrin civəsi.

Uzanmışam, gözlərimdən od çıxır, Ağrı birbaş ürəyimi oxlayır. Yanında bir tibb bacısı "evyıxan", Həkim gəlib təzyiqimi yoxlayır.

İki gündü ağrılarım çox artıb, Boylanıram bir quyunun dibindən. Əllərini dərman kimi çıxardır, Tibb bacısı xalatının cibindən.

Allah kəssin həyat qandı, irindi, Nə tuturuq başımıza taqq olur. Yanmış həm də ləhcədən də şirindi. Elə mənə xəstələnmək haqq olur.

Nə arzular solub getdi kölgədə, Yatağımda əlləşirəm canımla Ayrı vaxtı cırnayardı bəlkə də, Tibb bacısı dil tapıbdı xanımla.

Ağrı soyuq su qatıbdı aşıma, Qaş-qabağım yerə qoyub silahı. Pərvanətək dolanırlar başıma, Nə gözəldi xəstələnmək İlahi.

Published online