All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Onsuz da heç nə qalmayacaq

Ayaz Arabaçı

Onsuz da heç nə qalmayacaq baharın torpağa çiçəklərlə yazdığı salnamədən. Və eləcə də hərflər uçub gedəcək bayram paltarı kimi əzizləyib qoruduğun o namədən. Onsuz da sənin qanadların olduğunu heç kim bilməyəcək. Duaları boş ver Mələklər yorğundu,göz yaşlarını silməyəcək. Nəzakət xatirinə dinmirəm, sıxıntılardan,gözləntilərdən hallanmışam. Yeriyəndə yavaş yeri Həyatın çəkmələrinin altına nallanmışam. Mən indi bilirəm ki,məhəbbət təkcə lirik lövhələr silsiləsi deyil. Gözlər nifrət ocağıdı,üzüm giləsi deyil. Əlindən başqa iş gəlmədiyindən, adam çox vaxt keçənə güzəşt deyir. Mənim gözəl günlərimi qara dərili gündəliklər yeyir. Uzun bir əhvaltdan, unudulmuş bir səyahətdən dönürəm... Ölümü birtəhər yola gətirmişəm böyük vüsətlə sönürəm. Qocalıb ölməkdən uğursuz nə var. Sonuncu vaqonun kupesi dardı.. Ölüm cavan vaxtı cazibədardı..

Published online