All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Onsuz da pul yoxdu başqa şeylərə,

Ayaz Arabaçı

Onsuz da pul yoxdu başqa şeylərə,Bol olsun ot-alaq,tərə,deyirəm.Yetim quzu kimi öyrəşib daha,Üzümüz bu dərdə-sərə,deyirəm..

Qoy yesin yekələr quyruğu-əti..Bizlərdə belədi elin adəti..Görüm heç olmasın bu səadəti.Kilkəni tapanda nərə deyirəm..

Oturdum,düşündüm uzun-uzadı,Qovdum içimdəki arzumu-zadı,Elə qaçıbdı ki,ağzımın dadı,Daha marqarinə kərə deyirəm.

Bölürəm,çıxıram beynimə batmır..Bu ömür əzəldən kefimə yatmır...Heç kimin ağrısı heç kimə çatmır,Özünü düşünür hərə,deyirəm.

Yatıb gül bağında donuzun biri,Bir nağıl danışır bir uzun biri..Banlayır efirdə xoruzun biri,Bundan qeyrətlidi fərə,deyirəm..

Dəvə quyruğunda əlac oynayır,Bir qotur havaya min ac, oynayır,Qaqa,bir yerdə ki,leylac oynayır,Ümid bağlamayaq zərə,deyirəm.

Günəş yıxıldıqca gecə yüksəlir,Bilirəm hansı bir gücə yüksəlir,Deyirlər filankəs necə yüksəlir,Verib arvadını ərə deyirəm..

Gərəkmir vətənə yarıtmaz halım,Dirəmə divara çox da a,zalım,Deyəsən mənim də ağlım azalıb,Çaşıb dağ yerinə dərə deyirəm..

Ağlama gəl məni bu ağı altda..Qalmadım heç kimin barmağı altda,Durub bir qocaman bayrağın altda,Mən də lənət olsun şərə,deyirəm...

Published online