Poem · Azərbaycan
Onda bütün gecəni
Onda bütün gecəniyağmışdı səhərəcən,Təkcə ikimiz idik, o uzaq şəhərəcən..Çırpınırdı əllərinəlvan metallarıyla,Yadımdadı o gecə bütün detallarıyla.Səniydin könlümdəkitam o zinət hədiyyəm.On beş gündən yadigar, məzuniyyət hədiyyəm..Bilirsənmi ilk günlər,məndə qoymamışdı can.Tanış olana kimi yaşadığım həyəcan.Saxlayıb nə deyəsən,sözlər hamsı bayağı.Ötüb keçirdi günlər, səssiz filmsayağı...Baxdın bir gün üzüməküsümsər bir nəzərlə,Sinəm elə qabardı, köksüm doldu Xəzərlə.İşıqlandı qəfildən,arzum, duyğum, niyyətim,Bir anda qəsb olundu bütün hakimiyyətim.Kimsə məndən özümü,bu qədər almamışdı..Uyğun olmaya bilən, heç bir şey qalmamışdı..Yadımdadı o gecəçənli-çisəkli payız,Üzü dənizə durmuş, bəyaz stünlu bir qız.
Published online
Source: https://ayazarabaci.com/writing/onda-butun-geceni/