All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Öndə qapanmamış hansı hesab var,

Ayaz Arabaçı

Öndə qapanmamış hansı hesab var, Namərd körpüsündən keçməmişik ki. Tale acıdırsa,neyləmək olar, Onu biz özümüz seçməmişik ki..

Xəstə mahnıları ötür köhnə val, Nə varsa kiflənmiş,nə varsa boyat. Xəyaldı adicə quru bir xəyal, Yeni bir abzasdan yeni bir həyat..

Ləngiyir hardasa nurlu sabahlar, Yaralı könüllər qəhər göstərir. Göylərə çinartək yüksəlir ahlar, Güzgüyə baxırsan zəhər göstərir..

Bu qara günlərə çarə tapılmaz, Deyil Kərbəlalıq,nə də ki Haclıq. Kimsə can yandırmaz,bir əlac qılmaz, Kəsib üstümüzü xəstəlik aclıq..

Ruhumuz atılıb soyuq zindana, Təsəlli gətirmir hər əsən külək. Bizi bataqlıqda doğmusan ana. Hansı günümüzə oturub gülək..

Doğru bölünsəydi bu var-bu dövlət, Hamıya doyunca yetərdi bu gün.. Düzünü deməkdən qorxmuram,əvət, Yaşamaq ölümdən betərdi bu gün.

Published online