All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Ömrümün bir qərib axşamı düşdü,

Ayaz Arabaçı

Ömrümün bir qərib axşamı düşdü, Zülmətə gözünün ağ şamı düşdü. Bu ömür qatardan bax, hamı düşdü Bircə sən qaldın. Getdik uzaq-uzaq ellərə getdik. Ağladıq, qoşulub sellərə getdik. Laylalı, nağıllı bir yerə getdik Bir sən, bir də mən. Getdik göy üzünə allahın olduq. Gah sevincin olduq, gah ahın olduq. Tanrı bağışlayan günahın olduq, Sən sükut içində, mən od içində. Baxırdın, baxırdın heç nə demirdim. İçmək istəyirdim, içmə demirdin. Ney səsi gəlirdi çox-çox uzaqdan. Açılmırdı sabah, sökülmürdü dan, Üzümdə od tutub üzüm yanırdı. İçimdə bir qərib hüzn yanırdı. Səsin nəğmə-nəğmə qanadlanırdı. Bağışla deyirdim, məni bağışla, Bağışla, ömrünə çox gecikmişəm, Daha neyləyəsən bu qəlbi qışla, Bu duyğusu qarla, hissi yağışla Bağışla! Bağışla! Ulduzlar sönmüşdü, ulduza döndün. Sonda bap-balaca bir qıza döndün. Balaca hörüklü, çiçək bir qıza, Yarlı-yaraşıqlı ürkək bir qıza. Əlim toxunmamış qaçdın uzağa, Ağladım, sözümdə, səsimdə qaldın Qayıdıb təzədən könlümü aldın. İstədim bir ömür nəğməyə dönəm, Məni oxuyasan qəmli anında. Həmişə, hər zaman olum yanında... Uzanıb gedirdi bu sirli gecə, Hər şey ikimizin idi beləcə. Amma bir sevginin idik ikimiz. Bu bir nağıl idi, sevgi nağılı. Bəlkə də həyatda belə şey olmur.

Published online