Poem · Azərbaycan
Ömrün hansı çağında olur-olsun,
Ömrün hansı çağında olur-olsun, şərəfinə kövrələsi biri qalır. Qəlbində ölsə də çox şeylər amma onun yerişləri,gülüşləri,baxışları diri qalır. Baxmayaraq ki, ayrılığın dumanında yoxa çıxır yaşadığın o xoş saatlar. Bircə onun xəyalına köklənir tutduğun smetalar, çəkdiyin layihələr,qurduğun inşaatlar. Sən fərqində olmadan uçanda göylərdə, atıb bütün işlərini. Həsrət öncə dırnaqlarını uzadır,sonra kəsici dişlərini. Baxırsan madım-maddım, qollarını yelləyirsən sola-sağa. İçin yanır ,döşənirsən qonurgözlü torpağa. Kəkələyir ayaqların danışdıqca yollarla, başını yerdən qaldırmırsan gedəndə. Hər yerə əksi düşür onun, Əksi düşür mərmər pillələrə,asfalt yola, kirli gölməçəyə. Qonaq gedirsən Ayı qazan kimi asıb içində xatirələrini bişirən gecəyə.
Published online
Source: https://ayazarabaci.com/writing/omrun-hansi-caginda-olur-olsun/