All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

-Neçəyə apararsan,

Ayaz Arabaçı

-Neçəyə apararsan, Razindən Yasamala.. Sürücü tez dillənir, On beş manata, bala. Onda tez çatdır məni, Otuz manat verərəm. -Olsun, mən də taksiyə, Quşdan qanad verərəm.. Xeyirdimi bu qədər, Tələsməyin bala, bəs.. Bəli əmi, xeyirdi, Çalış yolu yaxın kəs.. Bax görürsənmi necə Həyəcandan əsirəm. Bu gecə yatmamışam, Görüşə tələsirəm. Tələsirəm, sür, eyy, sür, Sür eyy, boşdu sağ-solun. Sürəti tamam artır, Kəndirini kəs yolun. Sür çatdır məni ona, Lap beş də artıq, Gələ! Bir az da əlli tərpən, Vaxtı qanına bələ. Sürücünün bir anda, işıqlanır sifəti,. Gəncliyinə qayıdır- Gecikmək olmaz, qəti.. Coşur, coşur xəyalı, Dərəynən-düznən keçir. Sürət tablolarından, "Səksəni", "Yüz" nən keçir..

Published online