All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Nədən belə bəzənmisən,

Ayaz Arabaçı

Nədən belə bəzənmisən, Açıb günəşə könlünü.. Qoruyarmı tufanlardan, Bu dağ,bu meşə könlünü.. Gözü yanır-qaşı yanır, Dağı yanır-daşı yanır, Ciyərimin başı yanır, Ver çəkim nəşə könlünü.. Gözün gülgün,üzün gülgün, Ölüm deyil,eşqə sürgün.. Bilmirdinmi gələr bir gün, Salarsan işə könlünü.. İnanma buz sevgilərə, Yarana duz,sevgilərə, Ucuz-ucuz sevgilərə, Eləmə peşə könlünü. Mən bir az şirin acıyam, Acıların əlacıyam.. Oxumamış əlaçıyam- Bilirəm "beş"ə könllünü.. Yolumuza duman sızdı, Qəfil gələr qəm ansızdı, Adamlar çox amansızdı, Qırarlar şüşə könlünü.. Qoyma bir sağ bəndə qalsın, Sal bir-bir kəməndə,qalsın.. Ver ömürlük məndə qalsın, Sən o bənövşə könlünü...

Published online