Poem · Azərbaycan
Nə vaxt ki, keçirsən alovdan-oddan,
Nə vaxt ki, keçirsən alovdan-oddan,Yayırsan səsini qitəbəqitə.Nə vaxt ki, taleyin ad alır addan,Azadlıq o zaman minir qiymətə.
Azadlıq o zaman minir qiymətə,Birə-beş çoxalır eşqi-sevinci.Yetirsən ən böyük ali sərvətə,Əldə olunanda o nadir inci.
Odur müəllifi xoşbəxt günlərin,Onun dev gücüylə zəncirlər qopur.Bütün bayramların, toy-düyünlərin,Nəşəsi ürəkdən-ürəyə hopur.
Sevinə bilirsən açıq ürəklə,Bir bayraq ucalır bu səadətə.Ən parlaq işıqla, ən ülvi rənglə,Xəyalın dolanır qitəbəqitə!
Bir bayraq yüksəlir Qu quşu kimi,Yüksəlir günəşə, ulduza, aya.Zərif bir kələbək uçuşu kimi,Nəğmələr yayılır bütün dünyaya.
Çəkilir bir anda şaxta, soyuq, qar.Yatmış ümidləri oyadır bahar.
Vətən göynəyirdi yarasında duz,Doğuldu cahana qəfil bir Ulduz!
Doğuldu dünyaya tək çinar kimi..Doğuldu günəşli ilk bahar kimi.
Doğuldu çevirdi tufanı süstə,Getdi od püskürən topların üstə.
Doğuldu atamız Mustafa Kamal,Amalı Vətəndi, Vətəni amal.
O girdi altına ağır bir yükün,Dedi mümkünmüdür sökülməsin dan.Bu şanlı günləri yaşatmaq üçün,Çıxdı əsrlərin qaranlığından.
Süzülüb getirdi vətən şan kimi,Düşmən izləyirdi qarabaqara.Ac qurdlar sürüyə daraşan kimi ,Dünya daraşmışdı bu topraqlara..
Közərdi kül olmuş odlar - ocaqlar,Tüfənglər titrədi toplar açıldı.Atanın şəfəqli baxışlarından,Vətən göylərinə şəfəq saçıldı.
Torpaq zəli kimi sorurdu qanı,Hər mərmi bir düşmən bağrı dəlirdi.Döyüş meydanıydı türkün meydanı,Tanrının özü də vəcdə gəlirdi..
Heç nə sarsıtmadı heç nə Atamı,Bozqır atlarını yəhərlətdirib,Tərlan oğulları döyüşə çəkdi.Böyük savaşların zəfər adamı,Bu yurdda azadlıq göyərdəcəkdi.
Published online
Source: https://ayazarabaci.com/writing/ne-vaxt-ki-kecirsen-alovdan-oddan/