Poem · Azərbaycan
Nə vaxtdı qaranlıq bir meşədəyəm,
Nə vaxtdı qaranlıq bir meşədəyəm, Hər tərəf canavar izinə çıxır. Yoxdu bir gül belə,bir çiçək belə, Ot-alaq adamın dizinə çıxır.
Ağrıma-acıma,dərdimə əhsən.. Kəsmədi o yellər başımda əsən, Həyatda elə yol varmı görəsən, Zirvəyə birbaşa düzünə çıxır.
Finala nə qalıb beş-altı oyun, Möhtəşəm olacaq yası bu toyun, A,"məllim",a,"qalxoz",a,mal,a,qoyun, Səhvi düz çıxanın düzü nə çıxır ?..
Hər xırda şeylərdən qaralmaz qanım, Dəyərə-məyərə boş verin canım, Abır reklamına çəkilən xanım, Gündə əllisinə-yüzünə çıxır..
O kimdi tapşırıb qoyunu qurda.. Zülmətə qərq olub nur oğlu nurda.. Dədə,sən bilərsən günəş bu yurda.. Hansı adamların üzünə çıxır...
Published online
Source: https://ayazarabaci.com/writing/ne-vaxtdi-qaranliq-bir-mesedeyem/