Poem · Azərbaycan
Mənim də var qəbahətim, günahım,
Mənim də var qəbahətim, günahım, Lap "n" qədər, gizləmirəm, danmıram. Başağrısı gətirəcək şeyləri, Çox vaxt özüm, bilə-bilə, qanmıram.
Min hesabdan biri düşməz gər, yada.. Boğulsa da içim-çölüm fəryada, Neçə-neçə gəmim batıb dəryada, Mən hər xırda itkilərə yanmıram.
Gəldim baxdım, gördüm həpsi numara, Çətin tutam nifrətimi tumara, Kim qoyubsa millətimi qumara, Heç birini sevgi ilə anmıram.
Limit bitir zaman adlı sayğacda, Eyni şeydi ya xaçdasan, ya hacda, Ala qarğa oturubdu ağacda, Deyir dünya düzələcək.. Sanmıram..
Published online
Source: https://ayazarabaci.com/writing/menim-de-var-qebahetim-gunahim/