All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mən də Ələsgər demiş,

Ayaz Arabaçı

Mən də Ələsgər demiş, "Qaşqınnıq" içindəyəm.. Heç nədən baş açmıram, Çaşqınlıq içindəyəm..

Çapıram şəhər boyu, Altımda qarğı çubuq. Biri deyir qalibik, Biri deyir məğlubuq..

Efirdə kin qaynayır, Sayta girmək olmayır. Boğur məni bir qəfil, Hayta, girmək olmayır.

İçimdə çox şey ölüb, Könlüm yaman qırıqdı. Qəlbim deşik-deşikdi, Ruhum cırıq-cırıqdı.

Buna sıfırdan özgə, "Numara" qoymaq olmaz.. Bu milləti bu qədər, Qumara qoymaq olmaz..

Toplayıram, çıxıram, Hesab-kitab səf gəlir. Bir onu bilirəm ki, Urus bizə kəf gəlir..

Təpəmdən tüstü çıxır, Çatdayır gorum elə.. Allah evini yıxsın, Baisin,görüm elə..

Published online