Poem · Azərbaycan
Mən bu eşqi neçə dəfə
Mən bu eşqi neçə dəfə Öldürdüm nəşi böyüdü. İki bulud arasında, Yenə günəşi böyüdü.
Uzandı boyunu kəsdim, Çoxaldı,soyunu kəsdim, Yemini-suyunu kəsdim, Böyüdü,əşi,böyüdü.
Andım-amanım qurtardı, Doymadı,qanım qurtardı, Birindən canım qurtardı, Yerində beşi böyüdü.
Yazdım əbəs-pozdum əbəs, Səsim saldı aləmə səs, Görən baxıb dedi ki,bəs, Bunun da işi böyüdü.
Könlü yaşıl budaq qaldım, Xəyanətdən uzaq qaldım, Ömrü boyu uşaq qaldım, Dərdlərim kişi böyüdü..
Published online
Source: https://ayazarabaci.com/writing/men-bu-esqi-nece-defe/