All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Limanda bir gəmi var,

Ayaz Arabaçı

Limanda bir gəmi var, Gedəcək uzaqlara, Minək hamı yatanda, Düşməyək tuzaqlara.

Bu gəmini sevindir, Üzüqara eləmə. Sənə son ümidimdi, Para-para eləmə..

Gəmiçiyə demişəm, Yaxşı tədarük görüb. O nə belə eşq görüb- O nə belə yük görüb.

Bir az sahilə baxıb, Kövrələrsən,dolarsan. Dəniz oğlu olaram- Dəniz qızı olarsan..

Adaların birində, Düşüb məskən salarıq. Pul-para dərdi çəkmə, Balıqlardan alarıq.

Gəl,səni gözləyirik, Az qalıbdı səhərə. Bi bir şərəf işidir.. Gecikmə bu səfərə.

Published online