Şeir · Azərbaycan
Limanda bir gəmi var,
Limanda bir gəmi var, Gedəcək uzaqlara, Minək hamı yatanda, Düşməyək tuzaqlara.
Bu gəmini sevindir, Üzüqara eləmə. Sənə son ümidimdi, Para-para eləmə..
Gəmiçiyə demişəm, Yaxşı tədarük görüb. O nə belə eşq görüb- O nə belə yük görüb.
Bir az sahilə baxıb, Kövrələrsən,dolarsan. Dəniz oğlu olaram- Dəniz qızı olarsan..
Adaların birində, Düşüb məskən salarıq. Pul-para dərdi çəkmə, Balıqlardan alarıq.
Gəl,səni gözləyirik, Az qalıbdı səhərə. Bi bir şərəf işidir.. Gecikmə bu səfərə.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/limanda-bir-gemi-var/