Poem · Azərbaycan
Ləbləbi ləbdən düşüb,
Ləbləbi ləbdən düşüb, Ləb də ki,təbdən düşüb, Ac kişi dəbdən düşüb, Tox kişi gündəmdədir.
Tanrı gedib yoxluğa, Bax dəxi bir çoxluğa, Qoy özünü loxluğa, Lox kişi gündəmdədir.
Qiymətə minmiş xiyar, Hökmü-zərü ixtiyar, İndi biqeyrət,biar, Çox kişi gündəmdədir.
Dərd bizi həp çulladı.. Hər nə ki,var pulladı, Var kişi qeybulladı, Yox kişi gündəmdədir.
Gündü keçir oxxay,oxx, Can şirindi,həm də çooxx, Etdirəcək "hendi xox"x Xox kişi gündəmdədir.
Beyni peyin,altı miz, Boşkaqarın,enli diz, Boynu kərən,burnu biz- Ox kişi gündəmdədədir.
Published online
Source: https://ayazarabaci.com/writing/leblebi-lebden-dusub/