Poem · Azərbaycan
Kök salası,ev tikəsi deyil ki,
Kök salası,ev tikəsi deyil ki, Sevgi bizim sinəmizə xış gəlib. Aldadırıq çölümüzü baharnan, İçimizə bir əbədi qış gəlib.
Könlüm qızmaz büküb qoysam yuna da, Dişim batmaz bircə ovuc una da.. İstəmirəm,deməsinlər,buna da, Adam kimi ağıl gəlib gəlib-huş gəlib.
Götürmədim dar günümə silahı, Silah kimi işlədirəm bil,ahı.. Olubmu ki,bircə dəfə İlahi, Ovun özü bilə-bilə tuş gəlib.
Ağrın olsun,acın olsun köməyim, Eh,onsuz da mənasızdı deməyim, Gecə-gündüz ürəyimi yeməyim.. Bilirsənmi mənə necə nuş gəlib?..
Pojarnılar yetişmədi tüstümə, Özüm qoydum öz gülümü üstümə... Qonşu uşaq hövülləndi üstümə, Qapınıza bir poçtalyon quş gəlib..
Published online
Source: https://ayazarabaci.com/writing/kok-salasi-ev-tikesi-deyil-ki/