Poem · Azərbaycan
Kimi gözləyirik ..
Kimi gözləyirik ..
Sağa boylanırıq,sola baxırıq,Nədi qəlbimizi sıxan-sıxmayan..Kimdi o,elə hey yola baxırıq.Kimdi o..heç zaman gəlib çıxmayan,Kimi gözləyirik bir ömür boyu..Bir şirin yuxunun təbiri deyil,Nə hənir duyulur,nə səs-səmir var.Yoldan ötənlərin heç biri deyil.Amma gözləyirik bizdə səbir var..O mey ki,bal kimi süzülməlidir,Deməli hardasa ləngiyir camı.O kimin yeridi könüldə bom-boş,Belə də baxanda burdadı hamı..Nəyin mesajıdı bu hönkürtülər.Yəni doğrudanmı bu qədər təkik,Axı kəsməliydi nəfəsimizi,Sonuncu nəğməyə sıxılmış tətik.Məcnunmu özünə Leyli tapammır,Leylimi özünə Məcnun axtarır..Əlindən gələni eləyir həyat,Amma,Dərdimiz başqa bir məzmun axtarır,Kimi gözləyirik biz,illər boyu.Elə hey içimiz çalxanır qana,Bu ömrü ölübmü baha qurtaraq.Kimi gözləyirik biz,illər boyu,Gəlmir ki,biryolluq yaxa qurtaraq..Düzdü ey,hardansa işığı gəlir,Düşür qəlbimizə pəncərəmizdən.Kimi gözləyirik biz illər boyu,Heç Tanrı özü də,baş açmır bizdən.Sağa boylanırıq,sola baxırıq,Nədi qəlbimizi sıxan-sıxmayan..Kimdi o,elə hey yola baxırıq.Kimdi o..heç zaman gəlib çıxmayan,Kimi gözləyirik bir ömür boyu..
Published online
Source: https://ayazarabaci.com/writing/kimi-gozleyirik/