All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Kimin harda fürsət düşür əlinə,

Ayaz Arabaçı

Canım qardaşım Ehtirama..

Kimin harda fürsət düşür əlinə,Yara qərar, zədə qərar çıxardır..Utanmadan şəri verir qabağa,Çəkinmədən bədə qərar çıxardır.

Görüləsi işi qoyur qıraqda,Dostu, yarı, eşi qoyur qıraqda,Şeşi qoyur, beşi qoyur qıraqda,Hansısa bir,"sə"də qərar çıxardır..

Təbib yoxdu yaramızı yoddaya,Adam dərddən az qalır ki,ottaya,Nə bir kamil insan düşür ortaya,Nə bir müdrik dədə, qərar çıxardır.

Hansı adam hansı rəngdən ötrüdü,Biri mindən, biri təkdən ötrüdü,Baş eləcə gizlətməkdən ötrüdü,Hər addımda mədə qərar çıxardır..

Yırğaladım can gəmimdə dərdləri,Təntənəylə sınan gördüm sərtləri,İndi ancaq qorxu qoyur şərtləri..İndi ancaq hədə qərar çıxardır.

Əl atırsan qeyrət gəlsin, piy gəlir,Nə gəlirsə ortalığa çiy gəlir,Qərarların hamısından iy gəlir,Qərarbaşı nədə, qərar çıxardır..

O hədddə də,bu həddə də belədi,İstənilən cəhətdə də belədi..Bu, ədəbi mühitdə də belədi,Beş-üç yoluq gədə qərar çıxardır.

Published online