Poem · Azərbaycan
Kəcavəsi qara yola düzülmüş,
Kəcavəsi qara yola düzülmüş, Nə din qanır, nə imanı işlədir. Dədəsinin-babasının xeyrinə, Hər sifəti, hər simanı işlədir..
Bura elə məmləkəti-Reydi ki.. Eşşək olmaq adamlıqdan yeydi ki, Pul elə bir köpəyoğlu şeydi ki, Yeri-göyü, asimanı işlədir..
Ədəbazıq, hamımızda bu hal,var, Yummaq olmur, el ağzıtək çuval var, Ortada bir cazibəli sual var, O nədi ki, cismi-canı işlədir.
Taleyimiz başqa dildə oxunur, Lap adamın mənliyinə toxunur, Bəlli deyil əsli-zatı çoxunun, Bir gün "ov" u, bir gün "yan" ı, işlədir,
Küçəboyu qısılıbdı səfillər, Nə anlasın halımızdan bu fillər, İndi daha axşam-sabah efirlər, İt hürüşü, xoruz banı işlədir..
Yapırdıbdı qulağını balina, Sözüm çatmır neçə gönüqalna.. Kim yanmırsa bu millətin halına, Damarında donuz qanı işlədir.
Sığınmağa bir dəyərli kölgə yox, Dağılmamış,sağlımamış bölgə yox.. Bizimkilər bu ölkədə ölkə yox, Həsənsoxdu dəyirmanı işlədir...
Published online
Source: https://ayazarabaci.com/writing/kecavesi-qara-yola-duzulmus/