All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Kasıb ömrümüzü basıb yeyirlər,

Ayaz Arabaçı

Kasıb ömrümüzü basıb yeyirlər, Maskanın üstündən maska geyirlər, Gör kimi dağ sayıb, zirvə deyirlər, Zirvə də rədd olsun, dağ da rədd olsun,

Tarix hamımızı kor çıxardacaq, Sıxıb suyumuzdan qor çıxardacaq, Bu nəhrə hələ çox şor çıxardacaq, Ayran da rədd olsun, yağ da rədd olsun..

Mən bu oyunlara nə qədər dözüm, Heç, Allah özü də tapammır çözüm, Yoxdu heç birini görməyə gözüm, Sol da yerə girsin, sağ da rədd olsun..

Varmı bir qəhrəman bu dastan içrə, Bəsdi, köpükləndik bağ-bostan içrə, Eşşək at oynadır gülüstan içrə Bağban da rədd olsun ,bağ da rədd olsun..

Kitabdan-dəftərdən yaşım pozulub, Gözüm kündələnib, qaşım pozulub, Seçim eləməkdən başım pozulub, Qara da rədd olsun, ağ da rədd olsun.

Published online