All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İldə bir yol dabanını bərkidib,

Ayaz Arabaçı

İldə bir yol dabanını bərkidib, Sinəmizi xışdamasa alınmaz.. Yamanları başımıza çıxardıb, Yaxşıları dışdamasa alınmaz.

Çox ağırdı yaşamağın şərtləri, Hər addımda sındırırlar sərtləri, Bu vətənin ağrıları, dərdləri, Qəlbimizdə qışdamasa alınmaz..

Ovçu Pirim beş bağlayıb, bir basıb, Deməzsənmi, adam gedib şir basıb.. Məmləkəti hər üzünə kir basıb, Tanrı bizi duşdamasa alınmaz.

Duman gəlib yolu-izi bağlayıb, Kimə yazaq dərdimizi, ağlayıb.. Hərə bir yol tüfəngini yağlayıb, Üstümüzə tuşdamasa alınmaz.

Ağlayırıq, bulağımız öyrəşib, Minilməyə ulağımız öyrəşib Arabaçı, qulağımız öyrəşib, Gündə biri quşdamasa alınmaz.

Published online