All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İlk dəfə bax orda,

Ayaz Arabaçı

İlk dəfə bax orda, bax o üfüqdə, Könlümdə alışan odla-ocaqla Üstümü-başımı his eləmişdim.. Hər yanı bürüyüb qatı dumana Hər yeri qəfildən sis eləmişdim.. İlk dəfə bax orda qarşılaşanda, Uçmaq istəyimi hiss eləmişdim.. O yer xatirimdə eləcə durur.. Hardan biləsən ki.. Və necə durur.. Sildim gözlərindən axan yaşları, Sellər əllərimi unutmamışdı.. Mənə yaraşırdı polad sərtliyi, Sənə,bənövşədən həyalı olmaq.. Amma bu sevginin yazılmadı heç, Alnına,ayağı sayalı olmaq.. Bilirsən nə gözəl bir duyğu idi, Növrəstə bir qızın xəyalı olmaq.. Yellərlə savaşım yadında olar.. Qırğına çıxırdıq saçından ötrü, Yellər əllərimi unutmamışdı... Keflənib duraram başının üstə, Bir ovuc buluda çevrilib hərdən.. Yenə də ordaydım,həmin üfüqdə... Günəş don biçmişdi qızılı zərdən.. Dünən ürəymlə səs-səsə verib, Sıyrılıb çıxmışdım xatirələrdən, Könlünü alırdım küsəyənlərin.. Öpüb-oxşayırdım iki-bir, üç-bir, --Tellər əllərimi unutmamışdı..

Published online