All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İki gündü barmaqlarım,

Ayaz Arabaçı

İki gündü barmaqlarım, Süstdü də,yaza bilmirəm. Gözlərimə duman çöküb, Sisdi də,yaza bilmirəm.

Boşdu,dolmur bu cam yenə, Gəl ki,sənə acam yenə, Tüstü çəkmir bacam,yenə, Hisdi də,yaza bilmirəm.

Tək sənmisən könlü daman, Sızıldama kaman-kaman, Mənim bu gün halım yaman, Pisdi də,yaza bilmirəm.

Artır sözə sələmlərim, Əzablarım-ələmlərim, Mənim qızıl qələmlərim, Misdi də,yaza bilmirəm.

Külək gəlsin,yağış gəlsin, Bülbül getsin,bayquş gəlsin... Bir az da döz,qoy qış gəlsin, İstidə yaza bilmirəm..

Published online