Poem · Azərbaycan
Hipersonik ağrılar..
Dünyanın harasında olursa olsun,Ağrıdır məni tökülən qanlar.Dağılan evlər, alınan canlar.Önəmli deyil günahsız öldürülənlərin milləti, kimliyi, dini.Hər qanlı savaşa qarşı qələmim dik saxlayır qəddini!Mən dözə bilmirəm səssiz qətliamlara...Bu təkcə bir şairin fəryadı deyil,bütün insanlığın etirazıdır.Soruşmuram,bilirəm ki, fikirlərimlə hamı razıdır.Bu gün yazı masamda dinir-Güneyin susdurulmuş səsi,Şərqin bombalanmış ürəyiVə tarixin unudulmuş bir səhifəsi..Sərhədlər çəkilib sinələrimizə,Sərhədlər çəkilib Tanrıyla aramıza.Sərhədlər çəkilib həkimlə yaramıza..Hardan başlayaq, nədən başlayaq?Bəlkə elə göz yaşıyla yazılan sərhədlərdən,Bəlkə elə yağıların əliylə talanan sərvətlərdən..Bu torpaq bizə yad deyil,Vətən quruca ad deyil.Bax o Araz ki, var o sudaanalarımız uşaq çimizdirib, paltar yuyub,yun darayıb bir zaman.Amma indi onların xatirələrini yuyur Araz.Bax orda onun qırağındaboğulurana dilində susan bir uşaq.Dilinə qan uddururlar.Məktəbdə adını unutdururlar..Amma içində səslənir:Adım Turaldır.. Tural..Damarında Babəkin qanı qışqırır:Tez böyü, tez..Haqqını dur Al!Göz yaşlarını gizləyir bir ana fars qadağasında,Hər yerdə türkə qarşı susqunluq,Kitablarda qondarma tarix,Ağaclar köküylə bizim,Lakin budaqlar özgə əllərdə...Küçələrdə əsgər çəkməsiuşaq gülüşünə hədə,İran deyirlər adına, ancaq mən deyirəm zədə!İranmı?Yox,Iran deyil bunun adı,Etnik kimliyin basqısıdır, həm dəböyük güclərin savaşları arasında əzilən Azərbaycandır!Azərbaycan-Günahsız insanların harayı ilə daha da dərinləşən yaram.Başqalarını bilmirəm mən bu mübarizədəqəzəb manifestimlə varam.Bu gün raket qorxusu şütüyüruşaq bağçalarında, məktəb dəhlizlərində..Səadət arayanlar var qan izlərində.Uşaqların çantasından kitab yox,ərəbcə yazılmış dualar çıxır.Göylərə arzular xəyallar yox, PUA-lar çıxır.Nə qərb bizə qardaşdır, nə də şərqin qaranlığı işıq.İki od arasında qalmışıq..Nə qəribədir, bir hissəmiz sevinirik,bir hissəmiz odlanırıq.Hələ də "xəritədə yoxdur" adlanırıq.Ölən bizik, danışmayan bizik,unudulan bizik…Tarixin siyasi burulğanlarındaudulan bizik.Hekayəmiz boş buraxılır, şerimiz boş buraxılır.Kimliksiz pasportlarımızda milliyyət yerimiz boş buraxılırAmma torpaq soruşmur heç vaxt:"Farssanmı, türksənmi?"Soruşmur...Soruşmur.Daim döyüşdəyik,bəlalar başımızda sovuşmur, sovuşmur!Təbrizin daşları danışır doğma dildəamma dinləyən yox...Qədim bir bazarın qapısındabir qadın pıçıltıyla deyir:"Bu torpağın ruhu türkdür, bala..."Qorxunun da ləhcəsi var burda –sözlər farsca səslənir,amma gözlər türkcə ağlayır.Urmiyada,divara yazılmış “Azadlıq” sözünü hərgecə silirlər,sabah yenidən yazılır qanla...Qar yağanda Zəncanda,yad əsgərlərin ayaq izləri uşaq xatirələrini əzir –və bir sinif otağında müəllim"ana dili yasaqdır" deyir.Hər yerdə qorxugəzir, vahimə gəzir.Qələmi yerə düşən bir oğlan əyilibastaca götürür onu –sanki qələmi yox, şəxsiyyətini qaldırır torpaqdan...Hər şeyi görür dilsiz kameranın gözü,görməsə də Allah..Amma bilinSəssizlik, əgər yığılırsa içinə,bir gün səslənmək üçün vulkan kimi partlayar...Uzun çəkir arzularımızın ballanması-pətəklənməsi.Farsın ucbatındandı bu günxalqımızın siyasi təklənməsi!Eləcə də rusun ucbatından, ərəbin ucbatındandımənəvi parçalanması, ikiyə haçalanması.Bəli, onların ucbatındandıİsrail-İran savaşında oyuncaq kimi istifadə olunması!Bu gün Təbrizə yağan bombalar silkələyir babalarımızın ruhunu.Millət Səttarxan inqilabının yasındadır,Xiyabaninin kölgəsi yenə zindanlarında astanasındadır...İndi əllər göyə qalxanda dua üçün yox,qardaşını hədəf almaq üçün qalxır.Qibləsi bölünüb bu millətin –bir yanı Ankara,bir yanı Tehran,amma qəlbi hələ də Təbrizdə döyünür...İsrailin raketləribaşımızın üstündən keçir,Torpağımızın altından keçir, daşımızın üstündən keçir.Küləklər fəryad qoparır babalarımızın səsindəBizə yer qalmayıb cəbhələrin xəritəsində.Neçə sərhəd keçmişik bizamma hələ də azad deyilik...Hər tərəf fəryaddır, hər tərəf qandır.Sükutun sonu, vicdanın ayağa qalxdığı andır.Vicdanla yanaşı-Ayağa qalxır Söz..Ayağa qalxır gizlətdiyimiz dillərin içindən,kiflənmiş tarix kitablarının altından,anası türkcə ağlayan körpələrin gözündən...Zəncanın bir küçəsindəbir qızcığaz türkcə mahnı oxuyur əsgər baxır, amma anlamır...O anlamasa da,torpaq anlayır.Çünki torpağın da dili var,və o, ana dilimizdə nəfəs alır.Bir üsyan qopurmin illik sükutun içindən.Qanla deyil,qələmlə, dillə, ruhla...Çünki bizim silahımız –qədim yaddaşın özüdür.Kül altda gizlənən ocağın közüdür.Bu gün, ya sabahdünyanın unutduğu bu xalq,öz adını öz qanıyla xatırladacaq.
Published online
Source: https://ayazarabaci.com/writing/hipersonik-agrilar/