All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Hər tərəfdən taleyimin konturu,

Ayaz Arabaçı

Hər tərəfdən taleyimin konturu, Yağış dedi, çisək dedi, nəm dedi. Zildən ötrü yedim-tökdüm özümü, Səndən ötrü bircə yer var, bəm, dedi.

Şimşək kimi sağa-sola çaxıb da, Yola çıxdım ürəyimi yaxıb da, Bir pərvanə işığıma baxıb da "Dadaşbala", səndən olmaz şəm dedi.

Ağ binada, son blokda dayandım, Qan götürdü, tək bir oxda, dayandım.. Öldü varda, döndü yoxda dayandım, Get ağlını et başına cəm, dedi..

Novruzuydu, atdım papaq bu eşqə, Ulduz yığdım tabaq-tabaq bu eşqə, Dedim bəlkə əlac tapaq bu eşqə, Elə sənə haqq eləyir qəm, dedi.

Sinəmdəki çarpaz dağdan götürdüm, Bacardıqca baldan-yağdan götürdüm, Gedək deyib birbaş sağdan götürdüm, "Gedəyini", həm demədi, həm dedi.

Dalğaları uyğunuydu yaşıma, Dedim könül çox dərindən qaşıma, Məhəbbətin yeli vurdu başıma, Yaman belə tez olursan dəm, dedi..

Məndə bir az qabırğalar qalındı, Çox dirəşdim, nail oldum alındı, Həsrətimin əcəl zəngi çalındı, Deyilmişsən bəxt sarıdan kəm dedi.

Əridikcə sinəsinin qarları, Havalandı ürəyimin şarları, Açıb qoydu qabağıma narları, Haramxoşun, sox gözünə əm, dedi..

Published online